“Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsinin icrasına başlamışdır.

“Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsinin icrasına başlamışdır.“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi 01.09.2015-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədini valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məktəblərində yaşayan və təhsil alan gənclər arasında idman oyunlarına maraq oyatmaqla, onları gələcəkdə pis vərdişlərdən, cinayətkar əməllərdən uzaqlaşdırmaq, dövlətimiz tərəfindən bütün gənclərə bərabər hüquqlu imkanlar təmin edilməsini nəzərə alaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin sosial müdafiəsini təmin etmək və onların cəmiyyətdən təcrid olunmadıqlarını göstərməkdir. 3 ay davam edəcək layihə çərçivəsində 4 internat və 4 orta məktəb müəssisəsi olmaqla ümumilikdə 80 nəfərə yaxın gənclər arasında “mini futbol turniri” təşkil ediləcəkdir.
Beləki, layihədən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş Bakı şəhərində yerləşən internat məktəblərində yaşayan və təhsil alan 40 nəfər 14-17 yaş arası gənclər və eyni sayda (40 nəfər) onlarla həmyaşıd məktəb şagirdləri faydalanacaqlar. Nəticədə, layihə valideyn himayəsindən məhrum olmuş gənclərin də bizlərdən biri olduğunu, onların digər orta məktəb uşaqlarından heç də fərqlənmədiklərini və bərabər hüquq və imkanlara malik olduqlarını hiss etməyə kömək olacaq.

Mətbuat xidməti

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO