Vahid Əliyev: Azərbaycan regionda ən qüdrətli orduya sahib dövlətdir

Bu gün Azərbaycan regionda ən qüdrətli orduya sahib dövlətdir. Düşmənlərimiz də bundan çox narahatdırlar. Biz hər zaman Ali Baş Komandaının əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. İnşaallah biz o günü görəcəyik.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Bakıda “Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü” münasibətilə hərbi liseydə keçirilən təntənəli mərasimdə bildirib.

O, həmçinin qeyd edib ki, bu işdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi zabitlərin də rolu olacaq.

V.Əliyev bildirib ki, 1971-ci ildə ulu öndər Heydər Əliyev bu məktəbi yaradanda ondan başqa heç kim məktəbin yaradılmasının son məqsədini bilmirdi: “Heç kim bilmirdi ki, vaxt gələcək Azərbaycan müstəqil dövlət olacaq. Amma ulu öndər Heydər Əliyev bilirdi”.

Vaxtilə özü də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olmuş V.Əliyev bu məktəbin yetişdirmələrinin üzərində əməyi olan hər kəsə münnətdarlığını bildirib: “Bu məktəbə, üzərimizdə əməyi olan müəllim və komandirlərə təşəkkür edirik ki, bizi layiqli əsgər kimi böyüdüblər”.

Qeyd edək ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 18-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün “Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü” kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə nazirinin digər əmrinə əsasən Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO