Uorlik: Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda görüşü olmayacaq

Uorlik: Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda görüşü olmayacaqAzərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyanla Vaşinqtonda görüşü olmayacaq. Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Diplomat bildirib: “Vaşinqtonda görüşün keçirilməsi üzrə heç bir plan yoxdur. Buna baxmayaraq, cari ildə dövlət başçıları arasında aktiv dialoqa kömək etməyə hazırıq”.

C.Uorlikin sözlərinə görə, o və Minsk qrupunun digər həmsədrləri tərəflərlə görüş keçirməyi planlaşdırır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hadisəni müzakirə etsin.

Qeyd edək ki, 31 mart-1 aprel tarixində nüvə təhlükəsizliyi üzrə sammit keçiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO