Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Buxarestdə tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Buxarestdə tədbir keçirilibAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Buxarestdə tədbir keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

Mayın 10-da Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən “Tey Parkı – Heydər Əliyev Xiyabanı”nda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin, “SOCAR Petrolium S.A.” şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, Rumıniyada yarışlarda olan Azərbaycanın Kikboksinq Federasiyasının idmançıları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, büstü önünə əklillər qoyulub.

Tədbir zamanı müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması, dünyəvi dəyərlərə inteqrasiya sahəsində Ümummilli Liderin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilmiş, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.

Tədbir barəsində məlumat yerli KİV-lərə təqdim olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO