Ukrayna və Aİ assosiasiya haqqında sazişin iqtisadi hissəsini imzaladılar

Ukrayna və Avropa İttifaqı (Aİ) azad ticarət zonasının yaradılmasını nəzərdə tutan assosiasiya haqqında sazişin iqtisadi hissəsini imzalayıblar.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, sənədi Avropa İttifaqının iyunun 27-də Brüsseldə keçirilən sammiti zamanı Avropa tərəfdən Aİ Şurasının prezidenti Herman van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Ukrayna tərəfdən isə ölkə Prezidenti Petro Poroşenko imzalayıblar.

Sazişin iqtisadi hissəsi Ukraynanın Aİ-yə dərin iqtisadi inteqrasiyasını və geniş əhatəli azad ticarət zonasının yaradılmasını nəzərdə tutur.

Saziş Aİ-nin bütün 28 üzv ölkəsi və rəsmi Kiyev tərəfindən təsdiq olunmalıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO