Ukrayna hakimiyyəti rusların hüquqlarının qorunmasını təmin etməlidir

Yeni Ukrayna hökuməti bütün vətəndaşların, o cümlədən rusların hüquqlarının qorunmasını təmin etməlidir. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Ağ evin rəsmi nümayəndəsi Cey Karni çərşənbə günü jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, aydındır ki, ümumilikdə Moskvanın Ukraynada və Krımda da öz maraqları var.

“Heç kim şübhə altına almır ki, ruslar Krımda və Ukraynanın digər bölgələrində də var. Bununla da Ukrayna hökuməti etnik rusların hüquqlarının qorunmasını təmin etməlidir”, – Ağ evin nümayəndəsi bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO