İTV-nin Baş direktoru vəzifəsinə namizədlərin adları məlum olub

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb. Trend-in məıumatına görə, bu barədə Milli Televiziya və Radio Şurası xəbər yayıb.
Şirkəti Baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafiq oğlu sənədlərini təqdim edib.
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO