“Türksoy “un baş katibi: “Türkvizyon “un keçirilməsi layihəsi çox yaxşı alındı “

“Türkvizyon” Mahnı Müsabiqəsinin keçirilməsi layihəsi çox normal və yaxşı alındı. Bunu Trend-ə “Türksoy”un Baş katibi Düsen Kaseinov deyib.
Onun sözlərinə görə, bu müsabiqədə həm türk, həm də türk olmayan ölkələr iştirak edib. Müsabiqəyə qatılan bütün iştirakçılar rəngarənglik nümayiş etdirə bildilər: “Həmişə soruşurdular ki, türk dünyasında nə üçün belə böyük mahnı müsabiqəsi keçirilmir? Biz məgər belə müsabiqələr keçirə bilmərik? Həm maliyyə baxımından, həm də musiqi baxımından biz bunu edə bilərik. Mən özüm də tamaşacı kimi zalda oturmuşdum. Tamaşacı kimi gözəl hisslər keçirdim. Müsabiqə insanların biri-biri ilə əlaqə qurması baxımından çox dəyərli oldu. Bundan çox məmnun oldum. Gənclərin biri-biri ilə dostlaşmasına cox sevinirəm. Onlar bir-birlərindən öyrənərək profesionallıqlarını artıra bilərlər. Cünki gələcək gənclərin əlindədir. Bu layihədə istedadlı gəncləri bir yerə toplamaq alındi və bunun nəticəsi çox gözəl oldu”.
“Türksoy”un baş katibi deyib ki, Türk Muzik Birliyi Televizyonu qısa müddət ərzində çox tanınmış. kanal oldu və layihəyə gözəl dəstək verdi: “Qisa müddət ərzində bu layihəni təşkil edə bildi. Ümid edirəm ki, gələn ilki müsabiqəyə qədər TMB bu təcrübəsini daha da artiracaq, müsabiqəni gələcəkdə daha da yüksək səviyyədə keçirə biləcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO