Türkiyədə daxili aviareyslərə biletlər bahalaşıb

Türkiyədə daxili aviareyslərə biletlərin qiyməti dəyişib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı “TRT Haber” telekanalı xəbər yayıb.

Əgər əvvəllər ölkədə daxili aviareyslərə biletlər 299 türk lirəsi idisə, indi bu qiymət 309 türk lirəsindən bahadır.

Qiymətlər yalnız daxili aviareyslərin ekonom-klasda uçuşlar üzrə bahalaşıb.

Biletlərə maksimum qiymətlərin tətbiqi üzrə razılaşma Türkiyənin Mülki Aviasiya Administrasiyası, “Türk Hava Yolları”, “Atlasjet”, “Pegasus” və “Borajet” aviaşirkətləri arasında əldə olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO