Türkiyə Prezidenti: “Gələcəkdə siyasətlə bağlı heç bir planım yoxdur “

“Bugünkü şərtlər çərçivəsində gələcəyə yönəlmiş hər hansı bir siyasi planım yoxdur”. Bu sözləri Türkiyə Prezidenti Abdullah Gül jurnalistlərə verdiyi açıqlamasında bildirib. Trend-in məlumatına görə, xəbəri Türkiyənin Anadolu agentliyi yayıb.

Məlumat üçün qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Əli Şahin bir müddət bundan əvvəl verdiyi açıqlamada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsindən sonra hazırkı dövlət başçısı Abdullah Gülün Baş nazir postunu tuta biləcəyini bildirmişdi.

Onun sözlərinə görə, Prezident Abdullah Gül böyük siyasi təcrübəyə malikdir və hakim partiya bu təcrübədən faydalanmaq istəyir.

Bir müddət əvvəl Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bildirib ki, Türkiyə xalqının böyük dəstəyi və bələdiyyə seçkilərinin nəticələri Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyi təqdirdə prezident seçilə biləcəyinə əsas verir.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO