Turçinov: Əvvəlki Ukrayna hakimiyyətinin aktivləri həbs olunub

Əvvəlki Ukrayna hakimiyyətinin aktivləri həbs olunub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Ali Rada tərəfindən təyin olunmuş Ukrayna prezidenti əvəzi Aleksandr Turçinov bildirib.

“Əvvəlki hakimiyyət nümayəndələrinin, o cümlədən biznes strukturlarının bir çox aktivləri həbs edilib. Aktivlər həbs olunub, onları satmaq lazımdır, lakin zavodlar var, harada minlərlə əməkdaş işləyir.

İndiki şəraitdə zavodların fəaliyyətini dayandırmaq olmaz”,- agentlik Turçinovdan sitat gətirir.

Dövlət departamenti aprelin ortalarında bəyan edib ki, ölkədən çıxarılmış aktivlərin axtarışında FTB-nin agentləri yardım göstərəcəklər.

O zaman bildirilirdi ki, ABŞ maliyyə, ədliyyə nazirliklərinin, həmçinin FTB ekspertlərinin komandası Ukraynanın müvəqqəti hökumətinə xaricdən pul vəsaitlərini qaytarmaq üçün araşdırma aparmağa və dəlillər yığmağa dair məsləhətlər verəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO