Türkiyəyə meteorit düşməsi əhali arasında təşviş yaradıb

Türkiyənin Qara dəniz bölgəsinə meteorit düşüb.Trend-in məlumatına görə, bu barədə cümə axşamı DHA agentliyi xəbər verib. Məlumata görə, metorit dünən yerli vaxtla saat 23:00-da düşüb. Bu fakt Ordu şəhərinin sakinləri arasında təşviş və qorxu yaradıb. Ordu şəhərinin meri Orxan Düzgün meteoritin düşməsi faktını təsdiqləyib. Meteoritin düşməsini şəhərin müəssisələrindən birinin müşahidə kamerası vasitəsi ilə qeydə almaq mümkün olub.
Merin sözlərinə görə, göy cisminin düşdüyü yer dəqiqləşdirilir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO