“Türkiyə Azərbaycan hökumətinin korrupsiyaya qarşı islahatlarını dəstəkləyir və onların uğurla başa çatacağına ümid edir”, – Kılıc deyib.
Onun sözlərinə görə, islahatlar səmərəli nəticə verəcək və dünyada Azərbaycanın nüfuzu qaldıracaq.
2011-ci il yanvarın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının geniş iclası keçirilib.