Türkiyə İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələrində iştirak etmək istəyir. APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 49-cu Münhen Təhlükəsizlik Konfransında bildirib.
Ə. Davudoğlu Türkiyə və Səudiyyə Ərəbistanı da daxil olmaqla İranla nüvə müzakirələrinin “5+3” formatında davam etdirilməsini təklif edib.
Bununla belə, Türkiyə XİN rəhbəri İsrailin bu təklifin ardından müzakirələrdə iştirak etmək istəyinə qarşı çıxıb: “Rəsmi Təl-Əviv Nüvə silahlarının yayılmasının qarşısının alınması Andlaşmasına (NPT) qoşulmayıb və ilk olaraq bu müqaviləyə hörmət etməlidir”.
Apa.az