Türkiyə insan haqları üzrə agentliyin təsis edilməsi barədə qanun layihəsini qəbul edib

Türkiyənin Baş nazirinin köməkçisi və dövlət katibi Cəmil Çiçək bildirib ki, Nazirlər Kabineti insan haqları üzrə agentliyin yaradılması barədə qanun layihəsini qəbul edib. Bu barədə “The Journal of Turkish Weekly” dərgisi məlumat verib.

“Biz insan haqlarının qorunması və təmin edilməsi üçün agentlik yaradırıq”, – Nazirlər Kabinetinin iclasından sonra Çiçək jurnalistlərə deyib. Agentlik hər hansı bir orqandan asılı olmayaraq fəaliyyət göstərəcək. Çiçəyin sözlərinə əsasən, agentlik Avropa İttifaqının quruma daxil olmaqdan ötrü Türkiyə qarşısında qaldırdığı tələbə müvafiq olaraq yaradılıb.

İnsan haqlarına riayət olunmasının monitorinqi və istənilən pozuntuları əngələmək məqsədi ilə 2000-ci ildə Türkiyə Baş naziri yanında insan haqları üzrə rəyasət heyəti yaradılıb. Rəyasət heyəti insan haqları pozuntularının araşdırılması ilə məşğuldur, eləcə də insan haqları pozuntularına səbəb olan sosial, hüquqi, siyasi və administrativ səbəbləri araşdırır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO