Türkdilli ölkələrin XİN rəhbərləri Əfqanıstanda sosial layhələrin icrası üzrə razılığa gəliblər

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısında iştirakı çərçivəsində türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı təşkilatın gündəliyində duran məsələlər haqqında bəhs edib. Baş katib, həmçinin təşkilatın bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi statusu almaq istiqamətində gördüyü işlər, təşkilata üzv ölkələrin nəqliyyat və iqtisadiyyat nazirlərinin planlaşdırılan görüşü, Bakıda keçirilmiş türkdilli ölkələrin diaspor qurumlarının toplantısı haqqında məlumat verib.
Nazirlər təşkilatın fəaliyyətinin gücləndirilməsi və region ölkələrində, xüsusilə də Əfqanıstanda birgə sosial layhələrin icra olunması üzrə razılığa gəliblər.
Məmmədyarov, həmçinin Pakistan və Qırğızıstanın xarici işlər nazirləri ilə ayrı-ayrı görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin vəziyyəti müzakirə olunub və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO