TQDK peşə liseylərinin şagirdlərinə müraciət edib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanı verəcək peşə liseylərinin şagirdlərinə müraciət edib.
Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, peşə liseylərində buraxılış imtahanları martın 17-də keçiriləcək. İmtahanda iştirak edəcək şagirdlər imtahana buraxılş vərəqələrini yaxın günlərdə “Şagird-Məzun elektron məlumat sistemi”ndəki səhifələrinə daxil olaraq çap edə biləcəklər.
İmtahana gələrkən şagirdlər özləri ilə iki sənəd – şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər. 16 yaşı tamam olmayan və şəkilsiz şəxsiyyət vəsiqəsi olan peşə liseylərinin buraxılış siniflərinin şagirdləri imtahanda iştirak edə bilmək üçün təhsil aldıqları liseydən şəkilli arayış almalıdırlar. Əks təqdirdə onlar imtahana buraxılmayacaqlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO