“Tour d ‘Azerbaidjan-2014 ” veloyürüşünün iştirakçıları məlumdur

Mayın 7-11-də keçiriləcək “Tour d’Azerbaidjan-2014” veloyürüşündə planetin müxtəlif ölkələrini təmsil edən və hər birinin heyətində 6 velosipedçi yer alan 25 komanda iştirak edəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, builki yarışın Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.1 kateqoriyasına layiq görülməsi yürüşdə Peşəkar Kontinental komandaların da iştirakına şərait yaradıb ki, Azərbaycana gələcək 8 kollektiv – “MTN-Qhubeka” (CAR), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli” (əvvəlki adı “Yellow Fluo” – İtaliya), “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “Rusvelo” (Rusiya) və “CCC Polsat-Polkowice” (Polşa) Pro-Kontinental lisenziyalıdır. Adları çəkilən İtaliya komandalarının digər üzvləri mayın 9-da start götürəcək çoxgünlük “Giro d’Italia” yürüşündə, “MTN-Qhubeka” və “Caja Rural-Seguros RGA” isə “Vuelta” yarışında çıxış edəcəklər.

“Pro-Kontinental, həmçinin Kontinental velosiped komandalarını Azərbaycanda salamlamaqdan çox məmnunuq” – deyə, “Tour d’Azerbaidjan-2014” vüloyürüşünün Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bildirib. O builki yürüşün daha möhtəşəm olacağına inandığını söyləyərək, bu amilin yaxın gələcəkdə dünya velosiped idmanının ulduzlarına çevriləcək gənc velosipedçilər üçün yaxşı şans olduğunu sözlərinə əlavə edib.

S.Ələkbərov bəzi iştirakçı komandaların Azərbaycana “Türkiyə Turu”nda iştirak etdikdən sonra gələcəyini xüsusi vurğulayıb və deyib ki, Yaxın Şərqdə təşkil edilən yarışlar silsiləsi bizə öz bacarıqlarımızı üzə çıxarmağa, həmçinin ökləmizin gözəlliyini və inkişafını hamıya göstərməyə imkan yaradır.

Yarışda iştirak edəcək 16 kontinental komanda isə bunlardır: “Itera-Katusha” (Rusiya), “Continental Team Astana” (Qazaxıstan), “Kolss Cycling Team” (Ukrayna), “Alpha Baltic-Unitymarathons.com” (Latviya), “An Post-Chain Reaction” (İrlandiya), “Team La Pomme Marseille 13” (Fransa), “Adria Mobil” (Sloveniya), “Development Team Giant-Shimano” (İsveç), “China Huasen Cycling Team” (Çin Xalq Respublikası), “Rapha Condor JLT” (Böyük Britaniya), “Leopard Development Team” (Lüksemburq), “Gebrüder Weiss-Oberndorfer” (Avstriya), “Torku Sekerspor” (Türkiyə), “Tusnad Cycling Team” (Rumıniya), “Rad-Net Rose Team” (Almaniya) və “Synergy Baku Cycling Project” (Azərbaycan). Bundan başqa, Avstraliyanın milli komandası da “Tour d’Azerbaidjan-2014”-də mübarizə aparacaq.

Planetin 22 ölkəsini təmsil edən bu komandaların tərkibində ümumilikdə 150 velosipedçi çıxış edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO