“Total ” şirkəti “Şahdəniz ” layihəsindən çıxa bilər

Fransanın “Total” şirkəti Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsində səhmlərinin bir hissəsini və ya hamısını sata bilər. Trend-in məlumatına görə, bu barədə “Nefte Compass” Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbəyə istinadən xəbər verir.

Hazırda “Total” konsorsiumun tərkibində “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrində 10 faizlik səhmə sahibdir.

“Nefte Compass”in yazdığına görə, dünən BP şirkəti nümayəndələrinin Türkiyənin energetika naziri Taner Yıldızla keçirdiyi görüş zamanı “Botaş” dövlət boru şirkətinin (Türkiyə) “Şahdəniz” layihəsinə qoşulması ehtimalına dair razılaşma əldə olunub.

Qeyd olunur ki, “Şahdəniz”in işlənməsi layihəsi çərçivəsində tərəfdaşların “Total”ın payını almaq üzrə prioritet hüquqlarından istifadə etməsi çətin görünür. “Total” isə səhmlərini “Botaş”a satmaq niyyətindədir.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO