Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ümumi istifadədə olan telefon nömrələri üzrə axtarış sistemi “Elektron hökumət” portalına (e-gov.az) inteqrasiya edilib. Trend-in məlumatına görə, bu barədə Mərkəzin yaydığı məlumatda deyilir.
Məlumata görə, yeni elektron xidmət nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növünü müəyyənləşdirməyə, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. barədə məlumat almağa imkan verir.
Bu xidmət istifadəçilərə borclarını onlayn şəkildə ödəməyə də imkan verir.