Tehranın Bakı ilə əlaqələrinin güclənməsi İranın qonşu ölkələrlə əlaqələrinə müsbət təsir edəcək

Tehranın Bakı ilə əlaqələrinin güclənməsi İranın qonşu ölkələrlə əlaqələrinə müsbət təsir edəcəkTehranın Bakı ilə əlaqələrinin güclənməsi onun Rusiya daxil olmaqla qonşu ölkələrlə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu İran hökumətinin nümayəndəsi Məhəmməd Baker Nobaxt Tehranda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın Azərbaycanla əlaqələri yaxın gələcəkdə strateji əməkdaşlıq səviyyəsinə çatacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin İrana baş tutmuş səfəri barədə danışan M.B.Nobaxt vurğulayıb ki, hər iki tərəf qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək niyyətindədirlər: “Bu yaxınlarda Tehran və Bakı arasında imzalanmış saziş strateji əhəmiyyətə malikdir. Tərəflər imzalanmış sənədlərin tezliklə reallaşdırılması üzərində işləyərək sıx əlaqələri davam etdirirlər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO