TANAP layihəsi üçün boruların tədarükü üzrə müqavilələr imzalanıb

Bu gün Ankarada Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi çərçivəsində Türkiyənin altı, Çinin isə bir şirkəti ilə boruların tədarükü üzrə müqavilələr imzalanıb.

Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, boruların tədarükü üzrə tenderin qalibi “Mannesmann-Noksel-Erciyas” şirkətlər konsorsiumu, “Ümran-Emek” şirkətlər konsorsiumu, “Tosçelik Profil və Sac Endüstrisi” şirkəti, habelə Çinin “Baosteel Europe” podratçı şirkəti olub.

İmzalanma mərasimində Türkiyənin Baş naziri Əhməd Davudoğlu, energetika və təbii resurslar naziri Taner Yıldız, Azərbaycanın energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev iştirak ediblər.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr olacağı gözlənilir. “Şahdəniz”dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO