İsvecrənin iqtisadiyyat, təhsil və tədqiqat məsələləri üzrə naziri Azərbaycana səfər edəcək

Aprelin 12-13-də İsvecrə Federal Şurasının və Konfederasiyanın iqtisadiyyat, təhsil və tədqiqat məsələləri üzrə Federal Departamentinin rəhbəri (nazir) Yohan Şnayder Ammanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Azərbaycanın Almaniyadakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycanın iqtisadi inkişaf naziri Sahin Mustafayevin dəvəti ilə reallaşacaq səfər çərçivəsində İqtisadi İnkişaf, Maliyyə, Rabitə və İnformasiya Texnologiyaları, Sənaye və Energetika nazirliklərində görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfər zamanı nazir Yohan Şnayder Ammanı iş adamlarından ibarət geniş tərkibli qrup muşayiət edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO