Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Trend-ə bildiriblər ki, Hacıqabul – Bəhrəmtəpə avtomobil yolunun 9-cu km-də Kür çayı üzərindəki körpüdə asfalt – beton örtüyünün qoyulması ilə əlaqədar aprelin 24-dən 27-dək 3 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülər alternativ yol kimi Sabirabad – Surra – Padar avtomobil yolundan istifadə edə bilərlər.
Hava şəraiti normal keçərsə, işlərin qeyd olunan vaxtda başa çatdırılması nəzərdə tutulub.