İsrail nümayəndə heyəti Azərbaycanda səfərdədir

İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini və İsrailin Beynəlxalq İnkişafa Yardım və Əməkdaşlıq Agentliyinin (MASHAV) rəhbəri, səfir Daniel Karmon və təşkilatın treninq şöbəsinin direktoru, səfir Mattanya Kohen Azərbaycanda 3 günlük səfərdədir.
Trend-in məlumatına görə, Daniel Karmon jurnalistlərə açıqlamasında qeyd edib ki, səfərin əsas məqsədi Azərbaycan və İsrail arasında MASHAV vasitəsi ilə layihələr və treninq proqramları daxil olmaqla, inkişaf üzrə əməkdaşlıq sahəsində əlaqələrin gücləndirilməsidir.
Səfir qeyd edib ki, iki ölkə arasındakı münasibətlər dərin və güclüdür. “Biz inanırıq ki, inkişaf və əməkdaşlıq iki ölkə arasında olan münasibətlərin ayrılmaz hissəsidir”, – Karmon deyib.
Səfir vurğulayıb ki, Azərbaycana səfəri zamanı ölkənin bir sıra yüksək vəzifəli rəsmiləri, o cümlədən iqtisadi inkişaf naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, kənd təsərrüfatı nazirinin müavini və digər rəsmi şəxslərlə görüşlər keçirib.
Görüşlərin səmərəli keçdiyini vurğulayan səfir bundan sonra da Azərbaycan ilə İsrail xalqları və dövlətləri arasında əlaqələrin inkişafına inandığını qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO