Soydaşımız Gürcüstanda hakim partiyanın Siyasi Şurasında yer alıb

Hakim “Gürcü arzusu” Siyasi Şurasına seçilən azərbaycanlı “Mənim Vətənim” İctimai təşkilatın liderı Əli Babayevdir. Əli Babayev şənbə günü keçirilən hakim partiyanın qurultayında yekdilliklə səs alıb. Soydaşımız ilə yanaşı millət vəkilləri və hökumət nümayəndələrindən ibarət daha 20 nəfər də partiyanın Siyasi qanadında təmsil edilib.
Hakim partiyanın baş katibini seçmək də 21 nəfərdən ibarət Siyasi Şuraya həvalə edilib. Partiyanın fəxri sədri isə Gürcüstanın baş naziri Bidzina İvanişvili seçilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO