SOCAR polietilen istehsalı zavodunun tikintisi layihəsi üzrə müqavilə imzalayıb

SOCAR polietilen istehsalı zavodunun tikintisi layihəsi üzrə müqavilə imzalayıbSOCAR “Maire Tecnimont” şirkəti ilə “SOCAR Polymer” layihəsi çərçivəsində polietilen istehsalı zavodunun tikintisi üçün EPC-müqavilənin yerinə yetiriilməsi üzrə müqavilə imzalayıb.

Müqavilənin dəyəri 180 milyon dollardır.

Müqaviləni SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Maire Tecnimont” şirkətinin İdarə Şurasının sədri Fabrisio di Amato imzalayıblar.

R.Abdullayev qeyd edib ki, yüksək təzyiqli polietilen istehsalı üçün qurğunun tikintisi bu il başlayacaq.

Müqavilə çərçivəsində tam texniki xidmətlərin göstərilməsi, maddi-texniki təchizat, layihənin istismara verilməsindək montaj işləri və tikinti, istismar sınaqları nəzərdə tutulur.

Polietilen zavodunun 2018-cı ilin sonuna istismara verilməsi planlaşdırılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO