SOCAR Energy Georgia: Azərbaycan Gürcüstana qaz tədarükünü artırıb

SOCAR Energy Georgia: Azərbaycan Gürcüstana qaz tədarükünü artırıbAzərbaycan “Şahdəniz” yatağından Gürcüstana sutkalıq qaz tədarükünü maksimum artırıb. Bunu Trend-ə “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, tədarüklərin artırılması qış dövrünə aid edilir: “Əgər bunadək mövsümi tədarüklər sutkada 1.5 milyondan 2,8 milyon kubmetrədək təşkil edirdisə, indi yuxarı hədd sutkada 3,2 milyon kubmetrədək artırılıb. Bununla da qış və yay dövründə tədarüklərin nisbəti 70-in 30 faizinə təşkil edəcək. Daha əvvəl bu göstərici 60-ın 40 faizinə olub”.

M.Məmmədov qeyd edib ki, Gürcüstanda illik qaz istehlakı təqribən 2,4 milyard kubmetr təşkil edir: “Bununla belə, “Şahdəniz”dən Gürcüstana ildə 750-800 milyon kubmetr qaz, SOCAR tərəfindən 1,4 milyard kubmetr qaz, daha 200 milyon kubmetr isə Rusiya tərəfindən tədarük olunur. 2016-cı ilin tədarük həcmləri dəqiqləşdirilir və istehlak səviyyəsindən asılıdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO