Siyasi və iqtisadi müstəqillik ölkənin sonrakı inkişafı üçün mühüm şərtdir

Son on ildə Azərbaycan hökuməti üçün şaxələndirmə ən əhəmiyyətli prioritet idi, çünki müstəqilliyin əldə edilməsindən sonra ölkə sərmayələrin cəlb edilməsi üçün öz enerji potensialını təqdim etməli idi. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev bazar ertəsi Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) iştirakçılarının suallarını cavablandıran zaman bildirib.
“Bizə sərmayədarlar üçün çox əlverişli şərait yaratmaq lazım idi ki, onlar özlərini Azərbaycanda rahat hiss etsinlər. Ancaq biz aydın anlayırıq ki, yalnız energetika sahəsini inkişaf etdirmək bizə dəyişməyə icazə verməyəcək və bu sahə çox iş yerləri yaratmadığından yeni iş yerləri artmayacaq”, – İlham Əliyev bildirib.
İlham Əliyevin fikrincə, bu, həmçinin ölkədə varlılar və kasıblar arasında fərqi azaltmağa da imkan verməyəcək.
“Bununla əlaqədar olaraq, ölkədə 2004 və 2009-cu illərdə regionların inkişafına dair iki proqram qəbul olunub ki, onların da əsas hədəfləri infrastruktur sahəsinə sərmayələrin şaxələndirilməsi və özəl sektorun stimullaşdırılması olub”, – Prezident qeyd edib.
“Təbii ki, normalar, liberal islahatlar və əlverişli investisiya mühiti bu hədəfimizə çatmağa imkan verdi. Və mən sizə deyə bilərəm ki, Azərbaycan haqqında ən yaxşı statistik göstəricilərdən biri yoxsulluq və işsizlik səviyyəsinin aşağı düşməsi və qeyri-neft sektorunun inkişafının gücləndirilməsidir. Məsələn, ötən il bizdə 10 faizlik artım müşahidə olunub”, – İlham Əliyev bildirib.
Dövlət başçısı əminliyini bildirib ki, yaxın illərdə şaxələndirmə prosesi çox müvəffəqiyyətlə irəliləyəcək.
Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev 2020-ci ilə qədər özündə kompleks və çox dəqiq addımları və əsas hədəfi – yaxın səkkiz-doqquz ildə qeyri-neft ÜDM-nin ikiqat artmasını ehtiva edən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasını xatırladıb.
Prezidentin sözlərinə görə, hökumət diqqətini informasiya-texnologiya, kənd təsərrüfatı, xitmətlər sahəsinin inkişafına cəmləşdirib və energetika amilindən asılılığın azaldılması isə onun prioritetlərindən biridir.
“Eyni zamanda, hökümət anlayır ki, energetika amili yalnız Azərbaycanın iqtisadi inkişafında deyil, həm də regional əməkdaşlıqda üstün olacaq, çünki o, hərəkət gücüdür”, – dövlət başçısı əlavə edib.

İnterqasiya və müstəqillik arasında tarazlıq haqqında suala gəldikdə isə Prezident bildirib ki, müstəqillik ölkə üçün danılmaz dəyərdir.
“Bizdə inteqrasiyanın nümunəsi kimi, əlbəttə, Avropa İttifaqı, bəzi ölkələrin daxil olduqları Gömrük Şurası var. Habelə inteqrasiya üzrə gələcək planların qiymətləndirilməsi prosesində olan ölkələr var. İnteqrasiya və müstəqillik arasında balansa gəldikdə isə, müstəqillik Azərbaycan üçün danılmaz dəyərdir. 100 faizlik müstəqillik məcburidir. Və bu, ehtimal ki, bizim keçmişimizdən irəli gəlir, çünki əsrlər boyu Azərbaycan imperiyaların, ölkələrin bir hissəsi idi və biz cəmi 21 ildir ki, müstəqilik”, – İlham Əliyev bildirib.
Prezident deyib ki, bununla da siyasi və iqtisadi müstəqillik ölkənin sonrakı inkişafı üçün vacib şərtdir.
“Azərbaycana bu gün və deyək ki, 30, 40, 50 il bundan əvvələ baxın – bu, çox böyük fərqdir. Buna görə də, müstəqillik bizə nəinki milli qürür və şərəf hissi gətirdi, o həm də ölkədə həyat şəraitinin günbəgün yaxşılaşmasına gətirib çıxardı”, – Prezident İlham Əliyev bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO