Siyasi partiyalar üçün seminar keçirilib

Siyasi partiyalar üçün seminar keçirilibBu gün Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların maliyyə hesabatlarına dair seminar keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanda dövlət qeydiyyatından keçmiş siyasi partiyaların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, partiyalar illik maliyyə hesabatlarını hər il aprelin 1-ə qədər təqdim etməlidir.

MSK üzvü Ramiz İbrahimov isə deyib ki, siyasi partiyalar maliyyə hesabatlarını müstəqil auditorun rəyi ilə birlikdə MSK-ya təqdim etməli olduğu halda auditor rəyi olmadan təqdim edirlər:”MSK da sonradan auditor rəyi tələb etməli olur. Bəzən partiyaların təqdim etdiyi hesabatlarda partiyaların hesabına daxil olan və xərclənən vəsait arasında uyğunsuzluqlar aşkarlanır”.

Daha sonra Auditorlar Palatasının Maliyyə idarəsinin rəisi Vəli Rəhimov siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rolu, hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər barədə danışıb. Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Sevinc Məmmədova hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusiyyətləri, Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları iş şöbəsinin müdiri Səbinə Salmanova maliyyə hesabatları ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasına dair məsuliyyət barədə danışıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO