Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO görüşündə iştirak edəcək

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO görüşündə iştirak edəcəkAzərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə hərbi əməkdaşlıq məsələləri, Əfqanıstandakı siyasi və təhlükəsizlik vəziyyəti, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO