Səhiyyə Nazirliyi ana və uşaq ölümü faktını araşdırmağa başlayıb

Azərbaycan Səhiyyə Nazirliyi Ağdaş Mərkəzi rayon Xəstəxanasında baş vermiş ana və uşaq ölümü hadisəsini araşdırmağa başlayıb. Bunu cümə günü Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun sözlərinə görə, araşdırmanı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası aparır.
Komissiya apardığı araşdırma zamanı ölümün konkret səbəbini müəyyən edəcək. Bundan sonra isə xəstənin ölümündə həkimin günahının olub-olmaması barədə qərar veriləcək və buna uyğun da tədbirlər görüləcək.
Qeyd edək ki, Ağdaşın Yuxarı Nəvətava kənd sakini, 35 yaşlı Məcidova Pərvanə Akif qızı və onun dünyaya gələcək qız övladı ötən gecə doğuş zamanı ölüb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO