Hansısa özəl şirkətin Ermənistana aviareys açması Türkiyənin rəsmi mövqeyinə şübhə ilə yanaşmağa səbəb olmamalıdır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamı Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Türkiyənin Van şəhərindən Ermənistanın paytaxtı Yerevana aviareysin açılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
“Bildiyim qədər, bu, bir özəl şirkətin başladığı uçuşdur. Türkiyədə buna hüquqi maneə olmağından bu cür işlərin həyata keçirilməsi mümkündür”, – o qeyd edib.
Səfir bildirib ki, Türkiyənin rəsmi mövqeyinə kiminsə şübhə etməsi haqsızlıqdır. Türkiyədən başqa elə bir ölkə yoxdur ki, Azərbaycanın yanında olsun.
“Türkiyənin siyasəti Ermənistanla sərhədləri bağlı saxlamaqdır. Baş nazir, Prezident, parlament sədri, xarici işlər naziri və Türkiyənin bütün vəzifəli şəxslərinin mövqeyini yaxşı bilirsiniz”, – o deyib.