Seymur Orucov: Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin siyasətini dəstəkləyir


Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
O qeyd edib ki, çünki bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.
Orucov bildirib ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
Onun sözlərinə görə, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
“Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını,ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir”, – Orucov deyib.
O vurğulayıb ki, məhz bu amil gənclərimizi dövlət başçımızın ətrafında sıx birləşməsini şərtləndirir. Yalnız kiçik qrup var ki, müxalifət düşərgəsində təmsil olunurlar.
“Mən ümid edirəm ki, bu gənclər də səhv yolda olduqlarını gec-tez anlayacaqlar. Müxalifətçi gənclər dəfələrlə etiraz aksiyaları keçirməyə cəhdlər göstərib, amma bunların hamısı fiaskoya uğrayıb. Martın 10-da edilən cəhd də buna növbəti sübutdur. Biz bu gəncləri səhv yoldan dönməyə çağırırıq” – YAP Gənclər Birliyinin sədri deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO