Serbiya Prezidenti Tomislav Nikoliçin fevralın 7-9-da Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlığa dair dörd sənədin imzalanması nəzərdə tutulub. Onlara dostluq və strateji tərəfdaşlıq haqqında Birgə bəyannamənin imzalanması da daxildir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda brifinqdə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bildirib.
“Bu, Serbiyanın fəaliyyətdəki prezidentinin Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində Bakının mərkəzi parkalrından birində görkəmli serb-Amerika fiziki, alimi və ixtiraçısı Nikole Teslanın abidəsinin, Belqrad Şəhər Muzeyinin və Azərbaycan Diplomatik Akademiyasının dəstəyi ilə məşhur yuqoslav yazıçısı və diplomatı İvo Andriçin “İvo Andriç yazıçı və ya diplomat” sərgisinin açlışı planlaşdırılıb”, -səfir bildirib.
Onun sözlərinə görə, Serbiya və Azərbaycan beynəlxalq arenada da bir-birini dəstəkləyir. Beynəlxalq hüququn ərazi bütövlüyü və dövlətlərin suverenliyi kimi prinsiplərinin aliliyinə dair prinsipial mövqeyi dəyişməz qalır.
“2012-ci il ərzində ölkələr arasında müqavilə-hüquq bazasına daha iki yeni sənəd əlavə edilib: iki dövlət arasında sonrakı iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açan Serbiya Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında iqtisadi və texnoloji əməkdaşlıq haqqında razılaşma”; fevralda isə Bakıda Azərbaycan hökuməti tərəfindən dəyəri 308 milyon Avro olan Liq-Prelina magistralının “Korridor-11″ sahəsinin tikintisi üçün Serbiya hökumətinə kreditin ayrılması haqqında müqavilə imzalanıb. Hazırda ölkələr arasında müqavilə-hüquqi bazaya uyğun müxtəlif səviyyələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin çərçivələrini quran 21 beynəlxalq müqavilə daxildir. Qarşılıqlı fəaliyyətin müxtəlif sahələrini əhatə edən, hüquq-mühafizə orqanlarının əməkdaşlığından başlayaraq elm və texnologiyalar sahəsində razılaşmalarla başa çatan dar peşə tematikasında bir neçə layihə üzərində də fəal işlər gedir”, – Vayoviç deyib.
Onun sözlərinə görə, ikinci iclası 2012-ci ilin noyabrında Bakıda keçirilən ticari-iqtisadi əməkdaşlıq üzrə Serbiya-Azərbaycan hökumətlərarası komissiyası və Serbiya-Azərbaycan biznes forumu çərçivəsində səmərəli görüşlər keçirilib. Baş nazirin birinci müavini, Serbiyanın xarici və daxili ticarət naziri R.Lyaiç və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev tərəfindən ticari-iqtisadi əməkdaşlıq üzrə komissiyanın protokolu imzalanıb.
Diplomatın sözlərinə görə, Serbiya-Azərbaycan aktiv dialoqunun, ticari-iqtisadi əməkdaşlıq üzrə Serbiya-Azərbaycan hökumətlərarası komissiyasının (ilk iclası 2011-ci ilin noyabrında Belqradda keçirilib) aktiv işinin, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin intensivliyinin artmasının qanunauyğun yekunu ikitərəfli mal dövriyyəsininmüsbət dinamikası olub. 2012-ci ildə iki ölkə arasında mal dövriyyəsi 35 milyon dollar təşkil edib.