Sanksiyaların ləğvinin Azərbaycan-İran əməkdaşlığına təsiri

Sanksiyaların ləğvinin Azərbaycan-İran əməkdaşlığına təsiriQərb tərəfindən nüvə proqramı ilə əlaqədar İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra həm İran, həm də Azərbaycan rəsmiləri iki ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyini vurğulayırlar. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhaninin dəvəti əsasında İrana gözlənilən rəsmi səfəri də deyilənlərin təsdiqi kimi qəbul edilə bilər.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev hesab edir ki, Prezident İlham Əliyevin İrana qarşıdakı səfərindən həm Azərbaycan, həm də İran tərəfinin gözləntiləri çoxdur.

A.Nağıyevin fikrincə, İran üzərindən sanksiyaların götürülməsi Azərbaycanla İran arasında əməkdaşlıq üçün yeni bir mərhələ açır və bu əməkdaşlıq xüsusən iqtisadi sahəyə şamil edilə bilər: “Bu, neft-qaz, nəqliyyat, gömrük, səhiyyə və digər sektorlara aid edilə bilər. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də İranda müvafiq görüşlər keçirib və iqtisadi əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparıb”.

Politoloq hesab edir ki, Azərbaycan İranın Avropaya, Çinə çıxışını təmin edə bilər: “Azərbaycan İran məhsullarının Avropaya çıxarılması üçün bir tranzit ölkə rolunu oynaya bilər. Yəni bu gün İran həm Qərbə, həm də Şərqə görə Azərbaycanla əməkdaşlıq etməyə daha da maraqlıdır. Bu baxımdan düşünürəm ki, Prezident İlham Əliyevin İrana səfəri çox faydalı keçəcək”.

A.Nağyev bildirib ki, İranla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi regionda təhlükəsizliyin təmin edilməsi baxımından da çox müsbət haldır: “Eyni zamanda düşünürəm ki, regionda baş verən münaqişələr, regionda gedən proseslərlə bağlı geosiyasi vəziyyət də prezidentlərin görüşündə müzakirə obyekti olacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO