Şagirdlərin dərs buraxmasına görə valideynlərin cərimələnməsi ləğv edildi

Şagirdlərin dərs buraxmasına görə valideynlərin cərimələnməsi ləğv edildiAzərbaycanda şagirdlərin 1 ayda 7 gün dərs buraxmasına görə valideynlər üçün tətbiq edilən cərimə ləğv edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsində yeni dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin yüz manat miqdarında cərimə edilməsi ləğv edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə şagirdlərin dərs buraxması ilə bağlı dəyişiklik Milli Məclis tərəfindən dekabrın 4-də qəbul edilmişdi.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO