Sabah Bakının əksər rayonlarında qaz olmayacaq

Bakının əksər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, 23 aprel 2013-cü il tarixdə saat 10:00-dan saat 14:00-dək “Təzə Qanlıgöl” orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 18:00-dək “Ərəblinka” qaz kəmərində, saat 10:00-dan 17:00-dək isə “Məişət” qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarının bir hissəsinə, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO