Şəhər dairəsinin rəhbəri: Azərbaycan diasporu bizim cəmiyyətin üzvi tərkib hissəsidir

“Rusiya ilə Azərbaycan arasında qardaşcasına münasibətlər inkişaf edir və möhkəmlənir. Bizim qarşılıqlı fəaliyyət sahələrimiz çoxdur. Həm humanitar, həm də iqtisadi sahələrdə biznes layihələri həyata keçirilir. Çox şadam ki, dövlətlərimiz uzun illər boyu bir-biri üçün tamdəyərli siyasi tərəfdaşlardır, çünki liderlərimiz Vladimir Putin və İlham Əliyev konstruktiv dialoqu dəstəkləyir, milli maraqların qorunmasına yönəlmiş siyasət yürüdürlər”.

Domodedovo şəhər dairəsinin rəhbəri Aleksandr Dvoynıx bu sözləri 2017-ci ilin sosial-iqtisadi yekunlarına həsr edilmiş yığıncaqda AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Şəhər dairəsinin rəhbəri qeyd edib ki, Rusiya və Azərbaycan xalqlarını birləşdirən onilliklər boyu mehriban qonşuluq şəraitində yaşamaq amilidir. A.Dvoynıx vurğulayıb: “Biz uzun müddət bir ölkədə yaşamışıq, indi qardaş respublikalardayıq. Biz bu münasibətləri çox əziz tuturuq”.

Şəhər dairəsinin rəhbəri bizim həmvətənimiz, Rusiyanın Əməkdar İnşaatçısı, “Günay” istehsalat kommersiya firmasının baş direktoru Əlizaman Rəhimovu Müqəddəs Sergi Radonejski nişanı ilə təltif edilməsi münasibəti ilə təbrik edərək Domodedovo şəhərinin inkişafına Azərbaycan diasporunun verdiyi töhfələri xüsusi qeyd edib.

A.Dvoynıx daha sonra deyib: “Günay” istehsalat kommersiya firması Moskva vilayətinin inkişafı üçün çox iş görür. Böhranlı vəziyyət, iqtisadi durğunluq dövrü firmanın öz üzərinə götürdüyü öhdəlikləri ləğv etmir. Bu, çox vacib məsələdir və tamdəyərli tərəfdaşlar kimi əməkdaşlıq etməyə imkan yaradır. Çox şadam ki, Domodedovun Azərbaycan diasporu bizim cəmiyyətin üzvi tərkib hissəsinə çevrilib. Fəal iş aparan Azərbaycan diasporu bizim cəmiyyətdə nəzərəçarpacaq mövqe tutur. Milli bayramların qeyd edilməsi yaxşı praktikadır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu hər il bizim şəhərə gəlir. Biz bunu yüksək qiymətləndiririk və münasibətlərimizi hər vasitə ilə inkişaf etdirəcəyik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO