Səfirlik: Yunanıstan parlamenti üzvünün Dağlıq Qarabağa səfəri ölkənin rəsmi mövqeyini əks etdirmir

Səfirlik: Yunanıstan parlamenti üzvünün Dağlıq Qarabağa səfəri ölkənin rəsmi mövqeyini əks etdirmirYunanıstan Respublikasının Səfirliyi, dünyanın istənilən yerində Parlament üzvlərinin instutisional baxımdan sərbəst hərəkət etmək üstünlüyünə malik olduqlarını və hər hansı bir təlimata tabe olmadıqlarını bildirmək istərdi.

Trend xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyindən Yunanıstan Parlamentinin üzvü Qarifalia Kanellinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı verilən məlumatda bildirilir.

Qeyd olunur ki, Yunanıstan Parlamentinin bir üzvünün Dağlıq Qarabağa edilən səfəri heç bir halda, Yunanıstan hökümətinin münaqişənin Beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəf olan və dəyişməyən rəsmi mövqeyini əks etdirmir.

Məlumatda deyilir ki, Yunanıstan ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə çatmış, hər iki tərəfdən belə hərəkətlərlə təhlükə altına salına bilməz.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO