Səfirlik: ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır

Səfirlik: ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımırABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bunu Trend-ə ABŞ səfirliyindən Birləşmiş Ştatların Corciya ştatının Azərbaycanın işğal edilmiş regionunun “müstəqilliyi”ni tanıması haqqında yayılan məlumatı şərh edərkən deyiblər.

Səfirlikdən bildiriblər ki, ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşdirilir: “Corciya ştatının Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə dövlət qanunverici orqanının rəyidir. Bu rəy həmin məsələ üzrə ABŞ-ın xarici siyasətini dəyişdirmir”.

Qeyd edək ki, 15 dəqiqəlik müzakirə nəticəsində ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin guya tanınması barədə hansısa qətnamə qəbul edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO