Səfir: Azərbaycan ilə NATO arasında tərəfdaşlıq strateji əhəmiyyət daşıyır

Səfir: Azərbaycan ilə NATO arasında tərəfdaşlıq strateji əhəmiyyət daşıyırAzərbaycan ilə NATO arasında əməkdaşlıq uğurla inkişaf edir. Trend-in məlumatına görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi Kristian Çiobanu jurnalistlərə açıqlamasında deyib.

Səfir Azərbaycan ilə NATO arasında tərəfdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayıb: “Bu ilin iyul ayında Varşavada NATO-nun sammiti baş tutacaq və ümid edirik ki, Azərbaycan sammitdə yüksək səviyədə təmsil olunacaq”.

Qeyd edək ki, NATO-nun Varşavadakı sammiti bu il iyulun 8-9-da baş tutacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO