Səfir: Azərbaycan, ABŞ və Fransa beynəlxalq terrorçuluqla birgə mübarizə aparırlar

Səfir: Azərbaycan, ABŞ və Fransa beynəlxalq terrorçuluqla birgə mübarizə aparırlarABŞ, Fransa və digər ölkələr bütün dünyada terrorçuluqla birgə mübarizə aparırlar. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda “Qadın sahibkarlığının Azərbaycanda inkişafı” mövzusunda keçirilən konfransda deyib.

Azərbaycanın da terrorçuluqla mübarizədə iştirak etdiyini deyən səfir 11 sentyabr hadisələrindən sonra təhlükəsizlik sahəsində Azərbaycan və ABŞ-ın uğurlu əməkdaşlığını qeyd edib.

Səfirin sözlərinə görə, Türkiyədə keçirilmiş G-20 sammitində terrorçuluqla mübarizə məsələlərinə də böyük diqqət ayrılıb.

R.Sekuta əlavə edib ki, Vaşinqtonun yüksək vəzifəli məmurları energetika, ticarət və digər sahələrdə məsələləri müzakirə etmək üçün gələn həftə Azərbaycana gələcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO