Rusiyanın etiraz etdiyi düzəliş ATƏT PA-nın sessiyasında qəbul olundu

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin qətnamə layihəsi üzrə müzakirələr davam edir.

Trend-in məlumatına görə, qətnamə layihəsinə 49 yazılı və xeyli sayda şifahi təkliflər irəli sürülüb. Qətnamə layihəsinə təklif edilən və Rusiyanın etiraz etdiyi 14-cü düzəliş komitənin bu gün keçirilən iclasında səsə qoyularaq qəbul edilib.

Düzəlişdə Rusiyanın hərbi fəaliyyəti səbəbindən təhlükəsizlik məsələləri üzrə yaranan narahatlığın aradan qaldırılmasının vacibliyi qeyd edilir. Eyni zamanda, Rusiyanın dialoq və əməkdaşlıqdan imtina etdiyi üçün təəssüf ifadə olunur.

Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev jurnalistlərə açıqlamasında deyib ki, düzəliş olduğu kimi qəbul edilib. A.Quliyev komitənin günün ikinci yarısında bu düzəlişin də əksini tapdığı layihənin bütövlükdə müzakirəyə çıxarılacağını söyləyib.

Qed edək ki, iclasda düzəliş müzakirəyə çıxarılmazdan əvvəl çıxış edən Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Rusiya Dövlət Dumasında MDB, Avrasiya inteqrasiya və həmvətənlərlə əlaqə məsələləri üzrə komitənin sədri Leonid Slutski bildirmişdi ki, Ukrayna Prezidenti Pyotr Poroşenko tərəfindən atəşkəs elan olunmasına baxmayaraq, məhz Ukrayna ordusu hərbi əməliyyatları davam etdirir, Rusiyanın Rostov vilayətinə mərmilər düşüb, bir neçə nəfər ciddi xəsarət alıb. 14-cü düzəlişə qarşı çıxan L.Slutski bildirmişdi ki, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsi tərəfindən qəbul ediləcək qətnamə konstruktiv ruhda olmalıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO