Rusiya və Ermənistan suveren dövlətlərdir və öz aralarında münasibətləri lazım hesab etdikləri və beynəlxalq hüquqa uyğun gələn alqoritmlər üzrə qururlar.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə axşamı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiyadan Ermənistana silah tədarükü haqqında KİV-də gedən məlumatları şərh edərkən bildirib.
Onun sözlərinə görə, RF ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq şəffafdır.
“Bizim bütün tədarüklərimizlə bağlı Birləşmiş Millətlər Təşkilatı qarşısında hesabat veririk”, – səfir bildirib.