Rumıniya şirkətləri Azərbaycandakı layihələrdə iştirak etmək niyyətindədirlər

Rumıniya şirkətləri Türkiyə şirkətləri ilə birlikdə Mərkəzi Asiyadakı, eləcə də Azərbaycandakı layihələrdə iştirak etmək niyyətindədirlər. Trend-in məlumatına görə, bunu çərşənbə günü Rumıniya Prezidenti Trayan Besesku Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Türkiyə şirkətləri Azərbaycanda enerji, inşaat, qida sektorlarında, eləcə də turizm və xidmət sahələrində təmsil olunurlar.

Bu gün Azərbaycanda 2 mindən artıq Türkiyə kapitallı şirkət çalışır ki, bu da ölkədə fəaliyyət göstərən əcnəbi şirkətlərin 36 faizini təşkil edir. Eyni zamanda, Türkiyədə 1100-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir.

Öz növbəsində, Azərbaycan şirkətləri Rumıniya bazarında təmsil olunurlar. Misal üçün, ARDNŞ Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.

Bundan başqa, mətbuat konfransında Rumıniya Prezidenti türkiyəli sərmayəçiləri ölkədə, o cümlədən qida sənayesi və kənd təsərrüfatı sahəsindəki layihələrdə iştirak etməyə çağırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO