Rövnəq Abdullayev növbəti dəfə AFFA prezidenti seçildi

Rövnəq Abdullayev növbəti dəfə AFFA prezidenti seçildiBu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun prezidenti seçilib. Trend-in məlumatına görə, səsvermə yolu ilə keçirilən seçkidə AFFA-nın hazırki prezidenti Rövnəq Abdullayev növbəti 4 il müddətinə qurumun prezidenti seçilib.

Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. Hər dörd ildən bir AFFA prezidentliyinə seçkilər keçirilir.

Konfrans nümayəndələri prezident seçkisindən sonra AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibini də seçib. Komitədə assosiasiyanın prezidenti ilə yanaşı, daha 10 üzv yer alıb.

Peşəkar Futbol Liqası – 4 yer

1. Rauf Əliyev – AZAL PFK tərəfindən

2. Vaqif Sadıqov – «Sumqayıt» FK tərəfindən

3. Elşad Nəsirov – «Neftçi» PFK tərəfindən

4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Sahə Futbol Federasiyaları – 2 yer

1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları – 2 yer

1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO