ABŞ-ın qırxıncı Prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan Azərbaycana səfər edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi Cənubi Qafqaz Forumu çərçivəsində Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) “Gələcəyin liderləri” mövzusunda keçirəcəyi panel iclasında iştirak etməkdir.
Qeyd edək ki, panel iclasda ABŞ Prezidenti Corc Buşun nəvəsi Corc P.Buş, Robert F.Kennedinin oğlu Con Kennedi II, BMT baş katibinin xüsusi müşaviri xanım Nafis Sadik, Böyük Britaniya Kral Akademiyasının ilk və yeganə qadın rəhbəri Baronessa Suzan Qrinfild və Dünya Azərbaycan Gənclər Birliyinin sədri Ramin Məmmədov çıxış edəcəklər.
Panel iclasın moderatorluğunu Dünya Bankının sabiq birinci vitse prezidenti İsmayıl Seragəldin edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, 50-dən çox sabiq ölkə və hökumət başçısını bir araya toplayacaq.