Romada “Çoxqütblü dünyada Azərbaycan: şanslar və çağırışlar” mövzusunda konfrans keçiriləcək

Yanvarın 30-da Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi və “Caucasus International” jurnalının baş redaktoru Zaur Şiriyev Beynəlxalq Münasibətlər İnstitutu (IAI) tərəfindən “Çoxqütblü dünyada Azərbaycan: şanslar və çağırışlar” mövzusunda təşkil edilən konfransda iştirak və çıxış etmək üçün Roma (İtaliya) şəhərinə səfər edəcək.

SAM-dan APA-ya verilən məlumata görə, “Azərbaycanda keçid dövrü: təhlükəsizlik, demokratiya və inkişaf”, “Azərbaycan və regional təhlükəsizlik” və “Çoxqütblü dünyada Azərbaycan” mövzulu panellərın yer aldığı “Çoxqütblü dünyada Azərbaycan: şanslar və çağırışlar” konfransının açılış nitqini Romanın Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Stefano Silvestri edəcək.

Azərbaycanı Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü, deputat Sevinc Fətəliyeva və NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbinin icraçı direktoru Hüseyn Pənahov da tədbirdə iştirak edəcək.

Konfransda Beynəlxalq Böhran Qrupundan Sabina Freyzer, ABŞ-ın Karnegi Fondundan Tomas de Vaal, Heriteyc Fondundan Ariel Kohen və digər ekspertlərin iştirakı nəzərdə tutulub.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO