İraq Rusiyadan silah və hərbi texnika almaq niyyətinin olduğunu təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.
İraqın xarici işlər naziri Xoşiyar Zibari bildirib ki, ötən ilin oktyabrında 4 milyard ABŞ dolları həcmində imzalanan müaqvilə qüvvədə qalır. Buna baxmayaraq, qəzet rəsmi Bağdadın müqavilədə göstərilən məbləği tam ödəyə bilməyəcəyini də istisna etmir. Bununla əlaqədar olaraq yaxın vaxtlarda müqavilədə göstərilin şərtlərin yenidən baxılmasına başlanıla bilər.
2012-ci ilin oktyabrında Rusiya ilə 4 milyard ABŞ dolları həcmində bağlanan müqavilədə İraqa 30 ədəd “Mi 28”-N hərbi helikopteri və 42 ədəd “Zireh S1” zenit-raket kompleksinin çatdırılması nəzərdə tutulub.